QHT rəhbəri: Ən çox tələ-minalara Xankəndidə rast gəlinib
Vətən müharibəsindən sonra hər il milyonlarla manat minatəmizləmə əməliyyatlarına ayrılır.
"Report" xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan humanitar minatəmizləmənin 94-95 faizini öz dövlət büdcəsi hesabına həyata keçirir:
"Təkcə antiterror əməliyyatları zamanı azad edilən ərazilərdə ermənilər tərəfindən 500 mindən çox mina və partlamamış hərbi sursat yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq mina-tələlərə (booby traps) rast gəlinir. Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Xocalı rayonunda, Ağdam rayonunun Orta Qarvand, Xocavənd rayonunun Bulutan kəndlərinin ərazisində, Füzuli rayonunun Qorqan kand qəbiristanlığında sürpriz formaya salınmış yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyan mina tələlər tapılaraq zərərsizləşdirilmişdir. Ən çox mina-tələlərə Xankəndi şəhəri ərazisində rast gəlinir".
Oxşar xəbərlər
Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hafiz Səfixanov: Bu il azad olunmuş ərazilərdə 36 nəfər mina hadisəsinin qurbanı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsindən indiyə qədər minatəmizləmə əməliyyatlarına 349 milyon dollar xərclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












