Naxçıvanın həbsdə olan Penitensiar Xidmətinin sabiq rəisinin istəyi reallaşmayıb
sizinxeber.az xəbər saytı

Naxçıvanın həbsdə olan Penitensiar Xidmətinin sabiq rəisinin istəyi reallaşmayıb


Məhkəmə Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov barədə qərar verib.

"Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində hakim Əsgər Novruzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun apellyasiya şikayətinə baxılıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, T.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Naxçıvanın həbsdə olan sabiq Penitensiar Xidmətinin rəisinin istəyi reallaşmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda sabiq xidmət rəisi həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər