Həbsdə olan alim cinayət işinə Qubad İbadoğlu ilə bir icraatda baxılmasını istəyib - MƏHKƏMƏ
sizinxeber.az xəbər saytı

Həbsdə olan alim cinayət işinə Qubad İbadoğlu ilə bir icraatda baxılmasını istəyib - MƏHKƏMƏ


Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun məhkəməsi başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli vəsatət verərək bildirib ki, müvəkkilnin səhhətində problemlər var. O, məhkəmədən F.Qasımovun ev dustaqlığına buraxılmasını xahiş edib.

Müttəhim F.Qasımov digər vəsatətində cinayət işi üzrə Qubad İbadoğlu ilə birlikdə ittiham olunduqları üçün işə bir icraatda baxılmasını istəyib.

F. Qasımov cinayət işinə xitam verilməsini də xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin vəsatətlərini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə baxışı avqustun 29-na təyin olunub.

Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatı ilə əlaqəli olmaqda təqsirləndirilir.

Oxşar xəbərlər

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər