Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb - YENİLƏNİB
İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batanlardan sonuncusu - 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun meyiti avtomobilin çaya düşdüyü yerdən təxminən 7 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
15.37
İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən digərinin meyiti suda tapılıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan tapılan 1988-ci il təvəllüdlü Elxan Sadıqovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyunun 2-də hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyin oğlunun meyiti dünən avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən birinin meyiti tapılıb
Kür çayında avtomobillə batan iki nəfərdən birinin meyiti tapılıb
Tovuzda Kürdə batan üçüncü şəxsin də meyiti tapılıb - YENİLƏNİB-2
Sumqayıtda 6 gün əvvəl avtomobilin kanala düşməsi nəticəsində batmış şəxsin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












