sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağcabədidə polis 14 kq marixuana və həşiş dövriyyədən çıxarılıb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.
Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, 2 nəfər həbs edilib
Ağcabədidə narkokuryerdə 10 kq narkotik aşkarlanıb
Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, iki nəfər həbs edilib
Keçmiş məhkum 6 kq narkotiklə tutulub
Bərdədə polis tərəfindən 5 kiloqram marixuana aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













