Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 5 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 5 dəfədən çox artıb


Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 158,7 milyon manat investisiya qoyulub.

"Report" agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.

Sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir. Bu güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə əlavə stimul yaradır.

Oxşar xəbərlər

Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 483 milyon manat vəsaitə qənaət ediblər
Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 489 milyon manat vəsaitə qənaət ediblər
Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 511 milyon manat vəsaitə qənaət ediblər
Sumqayıt Kimya Sənaye Parkına 6 milyard manata yaxın investisiya qoyulub
Azərbaycanda sənaye parklarının rezidentlərinin güzəştlər hesabına qənaət etdiyi vəsait açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər