Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb - YENİLƏNİB
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
11.29
Bakıda 60 yaşlı kişi qətlə yetirilib.
Sizinxeber.az-nın məlumatına görə, avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb
Bakıda 61 yaşlı kişini qətlə yeriməkdə şübhəli bilinən şəxs tutulub
Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb
Hökməlidə 61 yaşlı kişini qətlə yeriməkdə şübhəli bilinən şəxs tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
