sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb
Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Sizinxeber.az-ya verilən xəbərə görə, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakıda ər arvadını qətlə yetirib
Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Biləsuvarda 44 yaşlı Cəbrayıl sakini döyülərək qətlə yetirilib - YENİLƏNİB
Qaradağ rayonunda qonşusunu bıçaqlayan şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













