Saatlıda narkotik bitkilərin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlanıb
sizinxeber.az xəbər saytı

Saatlıda narkotik bitkilərin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlanıb


Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirən şəxs saxlanılıb - VİDEO
Şabranda həyətində narkotik bitki yetişdirən şəxs tutulub
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər