sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qəbələdə yanğın törədən şəxslər müəyyən edilib
Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Sizinxeber.az"a bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.
Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.
Oxşar xəbərlər
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Xankəndidə yanğın törədən şəxs həbs edilib
Lerikdə yanğına səbəb olan şəxslər müəyyən ediliblər
Lerikdə yanğına səbəb olan şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













