Lerikdə yanğına səbəb olan şəxslər müəyyən ediliblər
sizinxeber.az xəbər saytı

Lerikdə yanğına səbəb olan şəxslər müəyyən ediliblər


Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində iyulun 24-də baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.

"Sizinxeber.az"a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.

Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb.

Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.

M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.

Oxşar xəbərlər

Lerikdə yanğına səbəb olan şəxslər saxlanılıb
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Laçında yanğınla bağlı cinayət işi başlanıb, şübhəli şəxslər saxlanılıb - BİRGƏ MƏLUMAT
Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürülüb
Cəlilabadda dağlıq ərazidə yanğın tam söndürülüb, meşə zolağı mühafizə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər