Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürülüb
Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb.
Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektar sahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektar sahədə quru ot, kol-kos yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.
Oxşar xəbərlər
Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-4
Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB-4
Gədəbəydə meşə yanıb
Gədəbəydə mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Cəlilabadda meşə ərazisinə keçən yanğın lokallaşdırılıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













