İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
sizinxeber.az xəbər saytı

İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib


İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.

Bunu “Sizinxeber.az”un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:

“Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Oxşar xəbərlər

Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb
Gəncədə qida zəhərlənməsi baş verib
AQTA Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB
Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle