AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
in
2025
20:00
0
0
3 166

AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

26 in, 2025
20:00
3 166

AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

Bəzi xəbər saytlarında Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Bizimlə əlaqə saxlayın