Fuad Nəcəfli Ordubad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, problemlər və təkliflər dinlənilib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə Ordubadın muxtar respublikanın hər zaman sayılıb-seçilən bölgələrindən olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müavfiq sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Bu qədim diyar zəngin tarixi və mədəniyyəti ilə yanaşı, yetirdiyi dünyaşöhrətli şəxsiyyətləri ilə də tanınır.
Fuad Nəcəfli vurğulayıb ki, bu gün Ordubad həm də qədim və özünəməxsus ənənələrinin vəhdətində müasir inkişafının yeni mərhələsinə qədəm qoyur:
"“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər bölgələrimiz kimi, Orubdadın da sosial-iqtisadi inkişafı üçün bir çox iri layihələrin icrası nəzərdə tutulub. Bu məqsədlə Ordubad şəhərinin yeni baş planı hazırlanır. Dövlət Proqramına uyğun olaraq rayonda geniş infrastruktur quruculuğu işləri həyata keçiriləcək, rayonun sosial-iqtisadi inkişafı sürətləndiriləcək, əhalinin maddi rifah halı daha da yüksələcək".
Görüşdə iştirak edən sakinlərin problem və təklifləri dinlənilib, rayon ərazisindəki çoxsaylı tarixi-memarlıq abidələrinin qorunub saxlanılması, ətraf mühitin mühafizəsi məsələləri geniş müzakirə olunub.
Oxşar xəbərlər
Naxçıvanda Zəfər Günü böyük coşqu ilə qeyd edilib
Naxçıvanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb
Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
