Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib - FOTO
Martın 18-də Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.
Sizinxeber.az-nın yerli büroau xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə məscid binası ilə tanışlıq olub.
Sonra Ordubad rayonunun axundu Yusif Rüstəmov “Qurani-Kərim”dən ayələr oxuyub. Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi münasibətilə məscidə “Qurani-Kərim” hədiyyə edib, bu əlamətdar hadisənin sülhün, əmin-amanlığın təmin olunması naminə dövlətə, dövlətçiliyə xidmət edəcəyini vurğulayıb.
Qeyd olunub ki, Ordubad şəhərinin Baş planı da hazırlanıb. Ordubad Su Elektrik Stansiyasının əvvəlki dövrdə inşası zamanı layihəsi hazırlanmadığı üçün hazırda tikintisində gecikmələr yaranıb. Yaxın vaxtlarda həmin məsələ də həllini tapacaq.
Gələcəkdə Ordubadın Sərşəhər məscidinin də bərpası nəzərdə tutulub.
Oxşar xəbərlər
Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planları hazırlanır
Ordubad rayonunda zəlzələ olub
Sabah Ordubad və Culfada qaz olmayacaq
Naxçıvanda yol təmiri idarələri birləşdirilib
Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












