Naxçıvanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb
Bu il Naxçıvan Muxtar Respublikanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb, yaz əkin mövsümündə 431 ha sahədə əkin işləri aparılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Biznes Mərkəzində "COP 29 - İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri" mövzusunda keçirilən konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında meşə fondunun açıq sahələrində yeni meşəliklərin salınması və mövcud meşə sahələrinin bərpa edilməsi, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib.
"Bu, muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək. Ona görə də meşə örtüyünün artırılması, yeni meşə zolaqlarının və yaşıllıqların salınması, meşəsalma və ağacəkmə aksiyalarının, yaşıl nəqliyyata keçid və metan emissiyalarının azaldılması 2024-cü ildə diqqətdə saxlanılıb. Belə ki, bu il muxtar respublikanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb, yaz əkin mövsümündə 431 ha sahədə əkin işləri aparılıb. Həmçinin, Dövlət Proqramında mərkəzləşdirilmiş tullantı poliqonunun və bərk-məişət tullantılarının emalı müəssisəsinin yaradılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi nəzərdə tutulub ki, bu da gələcəkdə tullantı sektoru üzrə emissiyaların azaldılması baxımından mühüm addım olacaq", - səlahiyyətli nümayəndə qeyd edib.
Oxşar xəbərlər
Naxçıvanda COP29-la bağlı konfrans keçirilir
İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
