Kürdəmirdə magistral su kəməri partlayıb, 21 min nəfərin su təchizatı dayanıb
sizinxeber.az xəbər saytı

Kürdəmirdə magistral su kəməri partlayıb, 21 min nəfərin su təchizatı dayanıb


Kürdəmir rayonunda magistral su kəməri partlayıb.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Bəhtamtəpə yolunun 22-ci km-də, boru xəttinin rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, diametri 500 millimetr olan borunun iki metrlik hissəsi partlayıb. Nəticədə 21 min nəfərin su təminatı dayanıb.

Hadisə yerinə Kürdəmir rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.

Oxşar xəbərlər

Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var
Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər