Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb
sizinxeber.az xəbər saytı

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb


Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı qızı Abdullayevanın apendektomiya cərrahi əməliyyatından (kor bağırsağın çıxarılması) sonra halı pisləşib və ölüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib
Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada ölüb
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib
Neftçalada qadın infarktdan ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle