Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var
sizinxeber.az xəbər saytı

Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var


Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Kürdəmirdə mikroavtobus aşıb, beş nəfər xəsarət alıb
Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var
Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatıb - YENİLƏNİB
Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle