Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahid Lalayev apellyasiya şikayəti verib
sizinxeber.az xəbər saytı

Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahid Lalayev apellyasiya şikayəti verib


Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahid Lalayev onların barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, həmyerlilərimiz onlar barəsində birinci instansiya məhkəməsinin çıxardığı 22 günlük həbs qətiimkan tədbirinin ləğv olunması üçün apelyasiya şikayəti ediblər.

Qeyd edək ki, Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Ba kir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib. Akif Səfərov da həbs qərarından apellyasiya şikayəti verib.

Səfərov və Lalayevlə bağlı vəkillərdən müraciətlər daxil olub.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Oxşar xəbərlər

Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib – YENİLƏNİB
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb – YENİLƏNİB 4
Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle