"Qarabağ"ın nigeriyalı futbolçularla bağlı qərarı Əvəzedicilər Liqasının taleyindən asılıdır
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın nigeriyalı futbolçularla bağlı qərarı Əvəzedicilər Liqasının taleyindən asılıdır


2025/2026 mövsümünün əvvəlində "Qarabağ"ın U-19 komandasına cəlb olunan futbolçular - Muyideen Olude və Toheeb Abiodunla bağlı yekun qərar hələlik verilməyib.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.

O, həmin oyunçuların artıq Gənclər Liqasında yox, Əvəzedicilər Liqasında oynamalı olduqlarını xatırladıb:

"Hələlik onlarla bağlı qərar verə bilmirik. Bu, əvəzedicilərdən ibarət komandamızla bağlı durumdur. Çünki Əvəzedicilər Liqasının reqlamenti, turnirin keçirilib-keçirilməyəcəyi bəlli deyil. Rəsmi açıqlama olmadığı üçün gözləmək məcburiyyətindəyik. Bu çempionat yeni mövsümdə də təşkil olunsa, onları komandada saxlamağı düşünürük".

N.Kərimov akademiyanın koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi futbolçular haqqında da danışıb:

"Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro martda ölkəmizə gəlmişdilər. Onlarla yanaşı, 18 yaşında olan və izlədiyimiz başqa oyunçular da var. Onlar U-19 komandamıza uyğun gələ bilərlər. Seleksiyanı davam etdiririk. Yekunda ən yaxşı olan iki futbolçunu U-19-a cəlb etməyi planlaşdırırıq".

Xatırladaq ki, Muyideen Olude və Toheeb Abiodun ötən mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün "Qarabağ"ın U-19 komandasına cəlb edilib.

Oxşar xəbərlər

"Qarabağ"da baxışda olan nigeriyalı futbolçular geri qayıdırlar
Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir"
Azərbaycan Əvəzedicilər Liqasının 2025/2026 mövsümünün püşkü atılıb
Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub
“Qarabağ-2” komandasının futbolçusu 4 oyunluq cəzalandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər