Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb


Abşeron və Qaradağ rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Bu əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

Sumqayıtda evlərdən 16 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Binədə evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Binəqədidə pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər