Azərbaycanda 175 kiloqram narkotik dövriyyədən çıxarılıb, 19 nəfər həbs olunub
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 175 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə "Report"a DİN-dən məlumat verilib.
Bildirilib ki, paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.
Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Ötən ay 146 kiloqram narkotik dövriyyədən çıxarılıb
Sentyabr ayı ərzində 146 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Baş İdarə əməliyyat keçirib, İrandan Azərbaycana gətirilən 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













