Ramin Məmmədov: Azərbaycan antisemitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Azərbaycan antisemitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir


Azərbaycan dini icmaların sülh və həmrəylik şəraitində birgə yaşadığı dini, irqi zəmində ayrı-seçkilik, antisemitizmin heç vaxt qeydə alınmadığı nadir ölkələrdəndir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnama səfəri çərçivəsində Beynəlxalq Vesak Günü Şurasının prezidenti Prah Brahmapundit ilə görüşündə deyib.

Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq mühitinin möhkəmləndirildiyi, bu sahənin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış mühiti ölkədə multikulturalizmin ictimai əsasını təşkil edir.

R.Məmmədov Dövlət Komitəsinin dini konfessiyalarla qarşılıqlı əməkdaşlığın inkişafı, dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətindəki gördüyü işlər barədə məlumat verib.

Görüşdə eyni zamanda dünya miqyasında dinlərin mahiyyətinin və humanist dəyərlərinin insanlara doğru şəkildə çatdırılması, müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsinin önəmi vurğulanıb.

Oxşar xəbərlər

Dini Komitənin sədri Kambocaya səfər edəcək
Ramin Məmmədov Vyetnama səfərə gedib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir
Ramin Məmmədov: İrqi ayrı-seçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle