FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
sizinxeber.az xəbər saytı

FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib


Fövqəladə Hallar Nazirliyinin strukturlarında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbirlər keçirilib.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda bildirilib ki, zamanın amansız sınaqlarından alnıaçıq və üzüağ çıxmış şanlı Silahlı Qüvvələrimiz qüdrətli Azərbaycanın sarsılmaz dayağına, xalqımızın etibarlı mühafizəçisinə çevrilərək torpaqlarımızı istənilən hücumdan qorumağa qadir mükəmməl Orduya çevrilib. Bu güclü və müasir standartlara uyğun qurulmuş Ordu Ümummilli Lider Heydər Əliyevin və onun mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ən böyük nailiyyətlərindən biridir.

Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də genişmiqyaslı və köklü islahatlar aparılaraq bugünkü rəşadətli Azərbaycan Ordusunun əsası qoyulub. Ümummilli Lider tərəfindən başlanılan milli ordu quruculuğu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilib, Silahlı Qüvvələrimizin müdafiə qüdrəti və döyüş qabiliyyəti daha da artırılıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli Ordusuna çevrilib.

Böyük qürur və iftixar hissi ilə bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərlə və 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri ilə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazıb.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən film nümayiş olunub.

Oxşar xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
FHN-in Mülki müdafiə qoşunlarında və regional mərkəzlərdə Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
FHN-in qurumlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
Naxçıvanda polis əməkdaşları arasında döyüş üzrə çempionat keçirilib
FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər