

Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya və Braziliyaya səfər edəcək.
QMİ-dən "Sizinxeber.az"a verilən məlumata görə, A.Paşazadə Portuqaliyada Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.
Avqustun 18-də isə QMİ sədri Braziliyaya gedəcək.
Səfərdə məqsəd Braziliyanın paytaxtı Braziliya şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.
Bildirilib ki, səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir. A.Paşazadə “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda çıxış edəcək.
QMİ-nin məlumatında qeyd edilib ki, Allahşükür Paşazadə G20 çərçivəsində Dinlərarası Forumların daimi iştirakçısıdır və bugünədək baş tutan Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində fəal iştirak və çıxış edib.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının iclasına qatılacaq
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir
Polşanın Baş müftisi Azərbaycana gəlib, Allahşükür Paşazadə ilə görüşüb
Erməni Apostol Kilsəsi müharibəni təbliğ edir - Şeyx
QMİ sədri Özbəkistan müftisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
