

QMİ sədri: TDT-nin Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunmasıdır
Astanada keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə "İslam cəmiyyətin ənənələrini dəstəkləyir" və "Fətvaların verilməsi üzrə Fiqh məktəbi" adlı sənədlər qəbul olunub.
"Sizinxeber.az" xəbər verir ki, Astana görüşündə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
Qazaxıstanda baş tutan Şuranın beşinci iclasında çıxış edən Şeyxülislam A.Paşazadə TDT ölkələrinin liderlərinin Zirvə görüşlərinin ardınca baş tutan TDT dövlətlərinin dini liderlərinin Astana görüşlərinin əhəmiyyətinə toxunub, görülən işlər barədə danışıb.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Baş Müfti Nuriddin Xoliknazarov, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Əbdüləziz Zakirov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Mirvohid Əzimov iştirak ediblər.
Şeyxülislam A.Paşazadə “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda konfransda iştirak və çıxış edib.
"Türk-İslam birliyinin özəl gücü bizlərin ümumi mənəvi dəyərlər xəzinəsi olan müqəddəs dinimiz İslam, onun buyurduqlarıdır. TDT Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunması və inkişaf etdirilməsindən ibarətdir. Bu müstəvidə türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği böyük önəm kəsb edir. Ölkələrimiz və xalqlarımızın birliyinin təməlində duran müqəddəs dəyərlər var olduqca qardaşlığımız daima davam və inkişaf edəcəkdir", - A.Paşazadə çıxışında bildirib. Həmçinin, qeyd edib ki, dinimizdən, adət-ənənələrimizdən qidalanan milli kimliyimizi qorumaq mənəvi vəzifəmizdir və xalqlarımızın, dövlətlərimizin tərəqqi və rifahına xidmət edir.
Oxşar xəbərlər
Allahşükür Paşazadə sabah Rusiyaya gedir
QMİ sədri Özbəkistan müftisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Allahşükür Paşazadə Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının iclasına qatılacaq
Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Dini Komitənin sədri Moskvada keçiriləcək qurultayda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
