Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır


Din media vasitəsilə yalnız ibadət və mərasimlər kontekstində deyil, həm də sosial və mənəvi dəyərlər sistemi kimi təqdim edilir.

"Sizinxeber.az"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, buna görə də dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur:

"Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Bu mənada məmnuniyyətlə vurğulamaq olar ki, Azərbaycan mətbuatında dini mövzulara münasibətdə emosional yanaşma deyil, elmi, hüquqi və ictimai məsuliyyətə əsaslanan obyektivlik əsas meyar kimi çıxış edir".

Komitə sədri qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi medianı hər zaman tərəfdaş kimi qəbul edir, açıq və səmərəli əməkdaşlıq prinsipini əsas götürür:

"İnanırıq ki, sizlərin dəstəyi ilə milli dəyərlərimizin qorunması, cəmiyyətimizdə ideoloji sabitliyin möhkəmləndirilməsi istiqamətində daha çox iş görmək mümkündür".

Oxşar xəbərlər

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcra başçısı: Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər