Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı azalıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 min 299,3 ton qaymaq və xama istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % azdır.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,6 % azalaraq 17 min 487,7 tona çatıb.

Mayın 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 100,1 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan süd məhsulları istehsalını azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda içki istehsalı 3 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda çay istehsalı 8 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda meyvə şirəsi istehsalı cüzi azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər