Azərbaycanda içki istehsalı 3 %-dən çox azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda içki istehsalı 3 %-dən çox azalıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 16 milyon 30,9 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 1 milyon 389,7 min dekalitr (1 il əvvələ nisbətən 12,5 % az), o cümlədən araq istehsalı 313,1 min dekalitr (7,1 % çox), viski-konyak istehsalı 175,1 min dekalitr (28,5 % çox), üzüm şərabı istehsalı 133,7 min dekalitr (38,3 % az), pivə istehsalı 767,8 min dekalitr (18,5 % az) təşkil edib.

3 ayda 9 milyon 35,8 min dekalitr (il ərzində 7,8 % artıb) spirtsiz içki, 5 milyon 605,4 min dekalitr (15,2 % azalıb) şirinləşdirilməmiş sular istehsal edilib.

Bu il aprel 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 296,3 min dekalitr, spirtsiz içki ehtiyatı isə 1 milyon 486,1 min dekalitr olub.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kolbasa istehsalı təxminən 4 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda şəkər və qənd istehsalı 46 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda aqrar sektor 1 % böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər