Azərbaycanda meyvə şirəsi istehsalı cüzi azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda meyvə şirəsi istehsalı cüzi azalıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyon 451,2 min dekalitr meyvə şirəsi istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 54 min 272,4 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 9,3 % çoxdur.

Mayın 1-nə ölkədə 712,6 min dekalitr meyvə şirəsi ehtiyatı, 18 min 075 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,8 % və 15,1 % çoxdur.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanda içki istehsalı 3 %-dən çox azalıb
Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb
Azərbaycanda kolbasa istehsalı təxminən 4 % azalıb
Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb
Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər