Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ
Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onların 542-si kişi, 207-si qadın olmaqla 749 nəfəri Azərbaycan vətəndaşı, 13-ü isə əcnəbidir.
Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir.
"Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib addımlar — İİV/QİÇS barədə maariflənmək, təhlükəli və riskli davranışlardan çəkinmək, İİV-ə testdən keçmək və zəruri hallarda həkim məsləhəti almaqdır. Ölkədə İİV-ə müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional İİV laboratoriyalarında ödənişsiz, anonim qaydada, konfidensiallıq prinsipi qorunmaq şərtilə həyata keçirilir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda narkoloji və QİÇS-lə Mübarizə mərkəzlərində müalicə alan şəxslərin sayı açıqlanıb
Bu il İİV-ə yoluxmuş 52 nəfər narkotik istifadəçiləri olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
