AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib
sizinxeber.az xəbər saytı

AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şuşa, Ağdam, Laçın, Füzuli, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl və Tərtər rayonlarında fitosanitar monitorinqlər keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, monitorinqlər zamanı laborator müayinələrin aparılması üçün müxtəlif bitkilərdən 38 nümunə götürülüb, zərərvericilərin mövcudluğunu müəyyən etmək məqsədilə 30 ədəd feromon tələ quraşdırılıb.

Feromon tələlərin laborator analizi nəticəsində Bərdə, Tərtər və Füzuli rayonlarında asılan tələlərdə karantin tətbiq edilən Şərq meyvəyeyeni aşkarlanıb. Sözügedən ərazilərdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təsərrüfatların yeni salınması, bitki mühafizə tədbirlərinin koordinasiyalı şəkildə icrası, mövcud fitosanitar vəziyyət və ərazilərin təbii izolyasiya şəraiti (dağlıq relyef, sahələrin bir-birindən məsafəli yerləşməsi və ya ətrafında birillik bitkilərin olması) beynəlxalq standartlara uyğun zərərli orqanizmlərdən azad zonaların yaradılmasına əlverişli imkanlar yaradır. Məqsəd ixrac prosesinin asanlaşdırılması və potensialın gücləndirilməsindən ibarətdir.

Oxşar xəbərlər

AQTA bəzi müəssisələrə fitosanitar sertifikatın verilməsini dayandırıb
Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb
Ötən həftə azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib
Ötən həftə azad olunan ərazilərdə 84 mina zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle