TƏBİB Yevlax Regional Xəstəxanasında kassa aparatlarının olmaması ilə bağlı açıqlama verib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan Yevlax Regional Xəstəxanasında kassa aparatları və ödəniş pos-terminallarının olmamasına münasibət bildirib.
"Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, xəstəxananın fevralın 13-də yenidənqurma işlərindən sonra açılışı olub.
Qeyd olunub ki, Ağciyər Xəstəlikləri Mərkəzi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanası arasında müəssisənin əmlakının təhvil-təslim işləri aparılıb.
Əmlakın Mərkəzin balansına verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət olunub, müvafiq işlərin görülməsinə başlanılıb.
Məlumata görə, hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlər üzrə müvafiq dövlət ödənişlərinin olunması şərtilə vətəndaşlara xidmət göstərilir. Xidmət keyfiyyətinin və vətəndaş məmnuniyyətinin artırılması, əlçatanlığın təmin olunması məqsədilə nəzarət kassa aparatlarının, banka məxsus ödəniş pos-terminallarının və ödəniş kassa aparatlarının təmin olunması üçün müəyyən ödəniş limitlərinin olması, habelə dövlət vergi orqanlarında obyekt uçot kodunun olması tələbləri qoyulub. Bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumları ilə rəsmi danışıqlar davam etdirilir.
Proses yekunlaşdıqdan sonra Yevlax Regional Xəstəxanası müvafiq qaydada nəzarət kassa aparatları və ödəniş pos-terminalları ilə təmin ediləcək.
Xatırladaq ki, sosial şəbəkələrdə sözügedən xəstəxanada kassa aparatları və ödəniş pos-terminallarının olmamasına dair iddialar yayılıb.
Oxşar xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
İcbari tibbi sığorta xidmətlərinə qoşulan özəl xəstəxanaların sayı 192-ə çatıb
Üç ay ərzində şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib
Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq? - TƏBİB-dən AÇIQLAMA
TƏBİB-in Çağrı Mərkəzinə son üç ayda 36 minə yaxın zəng daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
