ABŞ ilə İran arasında Doha danışıqlarına hazırlıq başlamayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
21:00
ff

ABŞ ilə İran arasında Doha danışıqlarına hazırlıq başlamayıb

29 in, 2026
21:00
245

ABŞ ilə İran arasında Doha danışıqlarına hazırlıq başlamayıb

Qətərin paytaxtı Dohada ABŞ ilə İran arasında danışıqlara hazırlıq hələ başlamayıb.

"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qətərdəki səfirliyi məlumat yayıb.

"İranın Dohadakı səfirliyi ABŞ Prezidentinin (Donald Tramp) əsassız bəyanatlarını təkzib edərək vurğulayıb ki, Qətərdə Tehran və Vaşinqton arasında danışıqlara hazırlıq hələ başlamayıb və biz indiyə qədər bu barədə heç bir rəsmi məlumat almamışıq", - məlumatda bildirilib.

Xatırladaq ki, Tramp ABŞ-İran danışıqlarının iyunun 30-da Dohada keçiriləcəyini qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×