

İcbari tibbi sığorta xidmətlərinə qoşulan özəl xəstəxanaların sayı 192-ə çatıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 165-dən 192-yə qədər artırılıb.
Bu barədə "Sizinxeber.az"a agentlikdən bildirilib.
Özəl tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Balakən, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var. Sözügedən tibb müəssisələrinin 70 %-i Bakının, 30 %-i isə digər bölgələrin payına düşür.
Ötən il ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 211 105 tibbi xidmət göstərilib.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3 315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında
Qeyd edək ki, vətəndaş təcili və təxirəsalınmaz hallarda isə icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlər üçün özəl tibb müəssisələrindən birinə birbaşa müraciət edə bilər. Bu halda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xidmətlər Zərfində müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir. Göndərişin etibarlılıq müddəti 10 iş günüdür.
Oxşar xəbərlər
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 165-ə çatıb
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artıb
İcbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatlarının sayı açıqlanıb
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
