Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
sizinxeber.az xəbər saytı

Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti ilk dəfə Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Müayinələr İnstitutun tibbi avadanlıqların tam dəsti ilə xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb.

Aksiya zamanı institutun pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsini nəzərdə tutub.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib
Laçında 150-dən artıq vətəndaş müayinələrdən keçirilib
Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edib
Səhiyyə Nazirliyi Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələrini keçirib
İcbari tibbi sığorta ilə qarşılanan laborator və funksional diaqnostik müayinələr açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər