Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
sizinxeber.az xəbər saytı

Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək


Sarıcalı kəndində əhaliyə xidmətin daha yaxşı təşkili üçün çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək.

"Sizinxeber.az"un Qarabağ Bürosunun Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib.

Qeyd edilib ki, Ağdam rayonunun Sarıcalı kəndində inşa edilmiş çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq.

Çoxfunksiyalı inzibati bina zirzəmi və iki mərtəbədən ibarətdir. İnzibati binada vestibul (gözləmə zalı), 1 ədəd qeydiyyat otağı, 11 ədəd iş otağı, 1 ədəd iclas otağı, 2 ədəd texniki otaq və mətbəx yaradılıb. Binanın damında günəş panelləri quraşdırılıb.

Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunan çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.

Oxşar xəbərlər

Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək
Masazırda inzibati binada yanğın olub
İsmayıllıda inzibati binada yanğın olub
Bakıda inzibati binada yanğın baş verib
Rusiyada inzibati binada baş verən yanğında 5 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər