Azərbaycan Qarabağda karbon neytrallığına nail olmaq öhdəliyini bir daha təsdiqləyib
Azərbaycan 2050-ci ilə qədər Qarabağda karbon emissiyalarının sıfır səviyyəsinə çatmağı hədəfləyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən qeyd edib.
“Biz <…> 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonaları yaradacaq və karbon neytrallığına nail olacağıq. Azərbaycan dayanıqlı inkişafa, yoxsulluğun aradan qaldırılmasına və milyonlarla insanın regionda və onun hüdudlarından kənarda təmiz enerjiyə keçidinə töhfə verməklə qlobal enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcəkdir”, – ölkənin baş diplomatı vurğulayıb.
Onun sözlərinə görə, “təmiz ətraf mühit və yaşıl inkişaf bizim yeni milli inkişaf strategiyamızın beş prioritet sahələrindən birini təşkil edir”.
“Buna uyğun olaraq, Azərbaycan istixana qazlarının emissiyalarının daha da azaldılması yollarını axtarır və 1.5 selsiyə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi üzərində işləyir”, – o bildirib.
Oxşar xəbərlər
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər naziri: Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: Dünya geniş spektrli problemlərlə mübarizə aparmağa davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə hazır olduğunun sübutudur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












