Ağdam şəhər 1 nömrəli məktəbdə yaradılan şərait azad edilən ərazilərdə təhsilə verilən önəmin nümunəsidir
Ağdam şəhər 1 nömrəli məktəbdə yaradılan şərait azad edilən ərazilərdə təhsilə verilən önəmin nümunəsidir.
Bunu “Sizinxeber.az”un Ağdama ezam olunan əməkdaşına Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Sənan Mənsimli təhsil müəssisə ilə bağlı danışarkən deyib.
İdarə rəhbəri xatırladıb ki, 960 şagird yerlik məktəb “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilib.
Qeyd olunub ki, təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də məktəbin binasının açılışında iştirak edib.
Oxşar xəbərlər
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













