Diplomatlar Ağdamda "İmarət" Saray Kompleksində olublar
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup "İmarət" Saray Kompleksində olub.
"Report"un müxbiri bildirir ki, diplomatlar Qarabağ mədəniyyətinin elementləri, xüsusilə qədim Ağdam şəhəri ilə tanış olublar.
Qonaqlar həmçinin şəhərdə aparılan bərpa işlərinin miqyasını qiymətləndirə biliblər.
Ağdamdakı "İmarət" Saray Kompleksi bərpadan sonra 19 sentyabr 2024-cü ildə açılıb. 2023-cü ildə kompleksdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri və arxeoloji tədqiqatlar başlanılıb. 3,3 hektar ərazini əhatə edən kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərdən, türbələrdən, tarixi qəbiristanlıqdan, Qarabağ atlarının təqdimatı üçün at kompleksindən və ziyarətçilər üçün mərkəzdən ibarətdir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Ağdam şəhərində İmarət Kompleksinə media-tur təşkil olunub - FOTO
Xarici diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Ağdama gəlib
Xarici diplomatlar Şuşada bərpa işlərinin gedişi ilə tanış olacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
