Azərbaycan və İtaliya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Fövqalə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Kəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimi salamlayaraq, Azərbaycan və İtalya arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, iki ölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyini xatırladıb.
Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan və İtalyanın fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Misir arasında fövqəladə hallarla bağlı müzakirələr aparılıb
Kəmaləddin Heydərov Belarus səfiri ilə görüşüb
Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb
Kəmaləddin Heydərov Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri ilə görüşüb
Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













