Azərbaycan və Misir arasında fövqəladə hallarla bağlı müzakirələr aparılıb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Kəmaləddin Heydərov Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə uzun illərə söykənən sıx əlaqələrin mövcud olduğunu xatırladıb. Bu çərçivədə, nazir bu gün keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında münasibətlərin formalaşması baxımından faydalı olacağına əminliyini ifadə edib.
Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Azərbaycanın müvafiq dövlət qurumu ilə Misirin aidiyyəti dövlət qurumları arasında fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün mövcud potensialdan danışıb. Eyni zamanda bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Misirin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.
Hişam Mohamed Nağı Abdel Həmid əvvəlcə ötən ilin dekabrında Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.
Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin formalaşdırılmasının qarşılıqlı faydasından danışıb. Diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiya FHN-lər arasında əməkdaşlıq planı imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərovdan COP29-la bağlı - Tapşırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












