Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Səfiri salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu xatırladıb. Bu çərçivədə, nazir keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhvə verəcəyinə əminliyini ifadə edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə qonağa geniş məlumat verən nazir 13 yanvar 2021-ci il tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb, uyğun qurumlar arasında münasibətlərin, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Pakistan İslam Respublikasının müvafiq tədris müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunub.

Görüşə görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin dərin köklərə malik Azərbaycan-Pakistan qardaşlıq münasibətləri çərçivəsində iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Belarus səfiri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Misir səfiri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər