Ekspert: Azərbaycan və Serbiya nəqliyyat və enerji sahələrində əməkdaşlığı genişləndirə bilər
Bakı və Belqrad arasında qurulmuş münasibətlər müxtəlif perspektivli sahələrdə, o cümlədən nəqliyyat və “yaşıl enerji” sahələrində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm əsas yaradır.
Bu barədə “Report”a açıqlamasında energetika hüququ və siyasəti sahəsində doktor, ekspert Strahinya Obrenoviç deyib.
Onun sözlərinə görə, enerjinin əməkdaşlığın ən mühüm sahələrindən biri olmasına baxmayaraq, Azərbaycan və Serbiya infrastruktur və nəqliyyat məsələləri üzrə əməkdaşlıq sahəsində uğur əldə ediblər.
"Biz hələ bu münasibətlərin bütün potensialını reallaşdırmamışıq, yaxın gələcəkdə daha da irəliləyiş gözləmək lazımdır", - S.Obrenoviç bildirib.
O həmçinin qeyd edib ki, Serbiya və Azərbaycan “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilərlər, çünki yaxın gələcəkdə “yaşıl enerji”nin ixracı məsələsi daha da aktual olacaq: "Serbiya və Azərbaycan bu istiqamətdə uğurla əməkdaşlıq edə bilərlər, baxmayaraq ki, onlar bu sahədə intensiv qlobal rəqabəti nəzərə almalıdırlar. Hər iki ölkə investisiyalar üçün əlavə stimullar təmin etməlidir. Bu xüsusən əlverişli və sabit normativ-hüquqi baza yaratmaq yolu ilə həyata keçirilə bilər".
Oxşar xəbərlər
Ekspert: "Azərbaycan Avropa üçün enerji təhlükəsizliyi məsələsində vacib tərəfdaşa çevrilir"
Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
Səfir: "Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər"
Ekspert: "Yaşıl enerji” Azərbaycan və Peru arasında əməkdaşlığın əsasını təşkil edə bilər"
Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













