XİN başçısı Azərbaycanın Rusiya-Ukrayna böhranının həllinə baxışını açıqlayıb
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Rusiya-Ukrayna böhranının həllinə baxışını açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ötən ilin sentyabr ayında Laçın və İrpem şəhəri qardaşlaşıb: “Bunun çox böyük mənası var. Bugünkü görüşlərdə regional çağırışlar barədə geniş fikir mübadiləsi apardıq. Həmkarım mənimlə Rusiya-Ukrayna müharibəsi kontekstində son gəlişmələri bölüşdü. Azərbaycanın mövqeyi bu məsələdə açıqdır, beynəlxalq hüquqa əsaslanır. Biz Ukraynanın ərazi bütövlüyün dəstəkləyirik. Bizim ən böyük arzumuz münaqişənin siyasi diplomatik yoll həllidir və ən qısa zamanda atəşkəs əldə edilməsini istəyirik. Türkiyədə Rusiya-Ukrayna görüşünü də yüksək qiymətləndiririk. Danışıqlar nəticəsində indiyə kimi ən böyük hərbi əsirlər mübadiləsi barədə razılıq ən böyük nəticədir. Atəşkəs və növbəti mərhələdə davamlı sülhün əldə olunmasını arzulayırıq”.
Oxşar xəbərlər
Ukrayna və Ermənistan XİN rəhbərləri görüşüb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov: Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
