Ceyhun Bayramov: Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir
“İki ölkə arasında olan strateji əməkdaşlıq prinsiplərinin önəmini göstərən məqamlardan biri qarşılıqlı həyata keçirilən görüşlərdir”.
Sizinxeber.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçin birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, ölkələrimiz arasında imzalanan sənədlərin icrası dünən və bu gün müzakirə predmeti olub: “Biz müzakirələrimiz kontekstində ikitərəfli münasibətlərdən əlavə beynəlxalq təşkilatlarda bir-birimizə verilən dəstəyi qeyd etdik. Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir. Eyni zamanda bugünkü görüşlərdə COP-29 kontekstində olan əməkdaşlıqla bağlı müzakirələr apardıq. Ölkəmizdə dünən keçirilən parlament seçkiləri və yeni parlament formalaşandan sonra da iki ölkə parlamentləri qarşılıqlı faydalı əməkdaşlığı davam edəcəklər”.
Oxşar xəbərlər
Azərbaycan və Serbiya XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilib - YENİLƏNİB
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
Azərbaycan və Serbiya XİN rəhbərlərinin görüşü başlayıb
Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












