Netanyahu İrana hücumla bağlı Trampdan xəbər gözləyir
sizinxeber.az xəbər saytı

Netanyahu İrana hücumla bağlı Trampdan xəbər gözləyir


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qeyd olunub ki, söhbət İsrail Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri üzrə iclası başlamazdan əvvəl baş tutub və yarım saatdan çox davam edib.

"Tramp Çinə səfərinin nəticələri barədə Netanyahunu məlumatlandırıb, həmçinin onlar İran ətrafındakı vəziyyəti müzakirə ediblər", - məlumatda qeyd olunur.

Tərəflər İrana qarşı zərbələrin bərpa olunması ehtimalını da müzakirə ediblər. "Tramp qərar qəbul etməlidir və əgər o, hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, böyük ehtimalla, İsrail də onlara qoşulacaq", - bəyanatdan məlum olub.

Oxşar xəbərlər

Netanyahu Trampla telefon danışığı aparıb
Tramp və Netanyahu Qəzza ilə İranı müzakirə ediblər
Tramp İrana zərbə endirməməsini istəsə də, Netanyahu razılaşmayıb - YENİLƏNİB
Netanyahu hökumətin iclasından sonra Trampla telefon danışığı aparıb
Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər