Azərbaycan və Pakistan bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Pakistan bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Azərbaycanla Pakistan arasında “Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2025-ci il 24 fevral tarixində Pakistanın Lahor şəhərində imzalanıb. Sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Pakistan bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Rusiya arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq sənədi təsdiqlənib
Tahir Rzayev: "Azərbaycanla Pakistan arasında aqrar məhsulların ixracı sahəsində yeni zəmin yaradılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
